Samsung şirkəti Galaxy Note 8 modelini təsdiqlədi

Samsung son mətbuat konfransında Galaxy Note 8-in gələcəyini təsdiqləyib.


Samsung maliyyə nəticələrini açıqlamaq üçün təşkil etdiyi mətbuat konfransında bu ilin payız aylarında Galaxy Note 8 modelinin təqdim ediləcəyini bildirib. Şirkət daha sərt bir rəqabət olacağı mövzusunda öz rəqiblərinə xəbərdarlıq edib və ümid edilir ki, bu üst seqment modeldən çox yüksək gəlir əldə olunacaq.



Samsung həmçinin açıqlamasında Galaxy S8 və S8+ modellərində yüksək satış nəticələrinin əldə edildiyini və bu uğuru Note 8 modeli ilə davam etdirməyə çalışacaqlarını bildirib.

Daha aşağı seqmentdə olan A, C, E, J seriyalarında da bəzi aerodinamik yeniliklərin olacağı qeyd edilib. Sonda isə şirkət bu seriyalarda olan smartfonların bir sonrakı modellərində əsaslı dəyişikliklər vəd edərək mətbuat konransını bitirib.