Samsung Galaxy S8-in yeni təqdimat videoları yayımlandı

Samsung Galaxy S8 və Galaxy S8+ üçün 3 yeni təqdimat videosu yayımlanıb.
Samsung təxminən 3 həftə öncə rəsmi olaraq Galaxy S8Galaxy S8+ modellərinin təqdimatını etdi. Yeni Galaxy S8 modelləri uzun və dar dizaynlı əyimli ekranı, barmaq izi sensorunun telefonun arxa hissəsində yerləşdirilməsi, əlavə olunan Bixby düyməsi və heyrətləndirən ekran-gövdə nisbəti ilə bütün diqqətləri öz üzərinə çəkməyi bacardı.

Samsung bu üst seqment telefonlar üçün yeni təqdimat videoları yayımlayıb və yəqin ki, bu videolar həftələrcə ekranlarda olacaq. Aşağıda yeni yayılan təqdimat videolarını izləyə bilərsiniz.