Robotlar 800 milyon insanı işsiz qoyacaq

Robotlar 2030-cu ilə qədər 400-800 milyon insanı işsiz qoyacaq.

McKinsey Qlobal İnstitutu tərəfindən aparılan bir araşdırmaya görə robotlar 2030-cu ilə qədər 400-800 milyon insanı işsiz qoyacaq.

Hər beş işçidən birinə təsir edəcək

İnstitutun 800 peşə ilə əlaqəli 46 ölkədə apardığı araşdırma nəticəsində robotların iş həyatına daxil olması ilə hər 5 işçidən birinin işsiz qalacağı qeyd olundu.

İnkişaf etmiş ölkələrdə hər 3 nəfərdən biri işsiz qalacaq

Robotların bütün dünyada deyil, zəngin ölkələrdə geniş şəkildə istifadə edildiyini düşünsək onda belə ölkələrdə iş itkisi daha çox olacaq. Almaniya və ABŞ kimi inkişaf etmiş ölkələrdə isə hər 3 nəfərdən biri işsiz qalacaq.

Araşdırmaya görə robot inqilabının ictimaiyyətə zərər vermədən qəbul edilməsi üçün dövlət müxtəlif sahələrdə təhsilə önəm verməlidir.