Proqramçı olmaq üçün nədən başlamaq lazımdır? Ramin Orucov

Proqramçı olmaq üçün nədən başlamaq lazımdır? Əslində bu, çox geniş müzakirə ediləcək bir mövzudur. Mən deyərdim ki, proqramçı olmaq üçün ilk növbədə sadə proqramlaşdırma dilini öyrənib tətbiq etməyə imkan verən hər hansı bir dildən başlamaq daha faydalı olar. Məsələn, pascal dili ilə proqramlaşdırma dilini öyrənib, proqramlar yazıb biliklərini təkmilləşdirdikdən sonra daha yüksək səviyyəli dillərə keçmək olar. Pascal proqramlaşdırma məntiqi olaraq delta proqramlaşdırma dilinə keçid etmək daha rahat və daha asan olar. Eyni zamanda, delta proqramlaşdırma dili ilə verilənlər bazası ilə işləyən proqramlar yazdıqdan sonra windows mühitində işləyən proqramlar, məsələn, mühasibə proqramı, borclar-xərclərin idarə olunması kimi proqramlar yazıb təcrübə yığdıqdan sonra digər proqramlaşdırma dillərinə və ya web proqramlaşmaya keçid etmək mümkündür. Pascal dilindən deyil, C dilindən başlamağın başqa üstünlükləri var. "C" ailəsindən olan bir çox dillər mövcuddur. C dili ilə proqramlaşdırma məntiqini öyrəndikdən sonra, yaxşı tətbiq etdikdən sonra, təkmilləşdirdikdən sonra köhnə proqramlaşdırma dilləri olan C++, Java və C# dillərinə keçmək olar. Bunların içərisində hal-hazırda C# və Javaya tələbat daha çoxdur. Eyni zamanda, C dilini bilən insanlar, mütəxəssislər üçün C ailəsindən olan digər dilləri də bilmək, öyrənmək daha asan olacaq. Bunun başqa üstünlükləri də olacaq. Bu dil ailəsindən olan dilləri öyrənmək üçün ədəbiyyatlar da çoxdur. Java dilini öyrənmək üçün C-ni öyrəndikdən sonra C# və Javaya keçmək olar. İkisi bir-birinə oxşar dillərdir, fərqi daha çox tətbiq olunduğu sektorlara görədir. Daha çox unix, linux mühitində istifadə olunur. Java proqramlaşdırma dilinin üstünlüyü odur ki, post-platformada, yəni müxtəlif əməliyyat sistemlərində işləyə bilir. Əslində, texniki olaraq daha dəqiq desək, virtual maşın olan bütün əməliyyat sistemlərində Java proqramları işləyə bilir. Böyük şirkətlər, kiçik və orta şirkətlərin əksəriyyətində C# doppler texnologiyasından istifadə olunur. Böyük və orta şirkətlərdə isə daha çox Java proqramlaşdırma dilindən istifadə olunur. Məsələn, Azərbaycanda telefon sektorunda Java daha ağırlıqla istifadə olunur, banklar, kiçik şirkətlər, dövlət qurumlarında C# proqramlaşdırma dili daha çox istifadə olunur. Bu iki proqramlaşdırma dilindən başqa web proqramlaşdırma üçün PHP və MySQL məsləhət görülür. Əslində, MySQL verilənlər bazasıdır,amma PHP proqramlaşdırma dilini öyrənən insanlar üçün MySQL öyrənmək zəruri olur. Çünki, PHP və MySQL web saytlarda, saytların yaradılmasında çox istifadə olunur. Web studiyolar tərəfindən hal-hazırda PHP və MySQL bilən mütəxəssislərə böyük sayda ehtiyac vardır. PHP dilini kimlərə məsləhət görə bilərdim? Əgər qısa bir müddət ərzində proqramlaşdırma öyrənib, bundan professional şəkildə işləyib pul qazanmaq istəyənlər varsa, onlara PHP və MySQL texnologiyasını öyrənmək daha faydalı olar. Bunları qısa müddətdə öyrənib, iş tapmaq mümkündür. Lakin, daha uzun müddətdə, daha çox vaxt sərf edərək gələcək perspektivi nəzərə alaraq Java və C# dillərini öyrənməyin üstünlükləri daha çoxdur. Çünki, bu istiqamət üzrə daha çox korporativ sektorda tələb olunur, hansı ki, bu sektorda maaşlar daha yüksəkdir və bu sahədə karyera üzrə irəliləmək imkanları daha yüksəkdir. Əgər qısa müddətdə öyrənib, pul qazanmaq istəyənlər üçün PHP və MySQL, uzun müddətdə öyrənib gələcək karyera imkanlarını nəzərə aldıqda Java və C# proqramlaşdırma dilləri daha məqsədə uyğundur.