Prisma-ya video redaktə xüsusiyyəti əlavə olunur!

Son dövrün ən məşhur şəkil redaktə tətbiqi olan Prisma-da artıq videolarınıza da redaktə edərək möhtəşəm effektlər əlavə edə biləcəksiniz! Ötən günlərdə Prisma-nın Android platformasına rəsmi olaraq gəldiyini bildirmişdik. Android üçün çıxışının ardından isə tətbiqin yeni xüsusiyyətindən danışıldı. Hal-hazırda yalnız fotoşəkillərinizi redaktə edə bildiyiniz Prisma tətbiqi bir neçə həftə ərzində yeniləməylə video dəstəyinə də qovuşacaq. Prisma tətbiqinin qurucularından biri olan Alexey Moiseenkov məlumat verib ki, tətbiq yaxın zamanda yalnız fotoşəkilləri deyil, eyni zamanda qısamüddətli videoları da dəstəkləyəcək. Beləliklə, Prisma tətbiqində qısamüddətli videolarınıza da Prisma effektlərini verə biləcək, sosial şəbəkələrdə bu videoları paylaşa biləcəksiniz. Niyə yalnız qısamüddətli videolar dəstəklənəcək? Videolar hazırlanarkən çox ciddi vaxt aldığı üçün uzunmüddətli videoların hazırlanması həm istifadəçiyə işgəncə kimi gələcək, həm də uzunmüddətli videolar Prisma effektləriylə mənasız bir görüntü verəcək. Eyni zamanda Prisma-da videoların hazırlanması böyük həcmdə internet sərfinə səbəb olacaq. Bu səbəblərdən Prisma tətbiqində istifadəçilər yalnız qısamüddətli videoları redaktə edə biləcək. Müddət limitinin nə qədər olacağı isə hələlik bilinmir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .