Panasonic-dən 90 dollarlıq telefon .

Samsung, Apple və Huawei'in kölgəsində qalan Yaponiyanın texnologiya nəhəngi Panasonic P seriyası telefonlarına daha bir yenisini əlavə etdi. BATAREYA GÜCÜ heyranedicidir ! Panasonic'in yeni istehsal etdiyi P75 telefonu 144.9 x 71 x 8.95 mm ölçüsü və böyük batareyası ilə diqqət çəkir. Ancaq batareyanın böyük olması səbəbindən 157 qram olan cihazın bir az ağır olduğu bildirilir. 90 dollarlıq TELEFONUN XÜSUSİYYƏTLƏRİ : 5 düym böyüklüyündə və 1280 x 720 piksel dəqiqliyində olan ekran, 1.3GHz sürətində işləyən 4 nüvəli MediaTek MT6580 prosessoru və Mali-400 MP2 qrafik prosessoru, 1 GB RAM və 32 GB-a qədər artırıla bilən 8 GB daxili yaddaş, Android 5.1 Lollipop əməliyyat sistemi və cüt SIM kart dəstəyi, 8/5 MP dəqiqliklərində arxa və ön kamera, 5000mAh gücündə batareya, 3G (4G yoxdur) əlaqə dəstəyi, Ölçü: 144.9 x 71 x 8.95 mm, çəkisi: 157 qram . Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .