Microsoft Edge-ə Webvr Gelir !

Microsoft Edge brauzeri üçün WebVR adını verdiyi xüsusi bir texnologiyanı tətbiq etməyə başladı ! Microsoft ötən gün etdiyi bir açıqlamada Edge brauzeri üçün WebVR adını verdiyi xüsusi bir texnologiyanı tətbiq etməyə başladığını açıqladı. Hazırda bir çox firmanın VR (Virtual reallıq) başlıqları çıxarmağa başladığı mühitdə WebVR-in hər hansı bir platformadan asılı olması gözlənilmir. Buna görə istifadəçilərin hansı cihaz və ya platformanı istifadə etməsindən asılı olmayaraq virtual reallıq məzmunlarını seçilən brauzer üzərindən izləyə biləcəklər. Microsoft bu texnologiyanın Windows 10 Mobile üçün təqdim ediləcəyi haqqında hər hansı şərh bildirmədi . Şirkət W3C WebVR xüsusiyyətini inkişaf etdirmək üçün Mozilla, Oculus, Google və bəzi digər firmalarla əməkdaşlıq etdiyini də ifadə etdi. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .