MSI yeni 2 Slim notebook-u təqdim etdi. MSI GF63 və PS42 modelləri

MSİ Computex2018-də yeni incə və sadə dizayına malik olan 2 notebook təqdim etdi. Onlarda biri klassik olaraq iş üçün lazım olacaq notebook-lardandır. Bu model MSİ PS42  adlanır. Amma oyun tərəfində də öz performansını göstərəcək. Texniki xüsusiyyətlərinə baxdıqda 8-ci nəsil İntel prosesorları ilə təchiz ediləcək. Ekran kartı hissəsində isə Nvidia GTX MX150-dən istifadə ediləcək. Ağırlığı 1.2 kq-dır və 10 saat batareya müddəti vəd edir. Rəngi isə gümüş olacaq.

MSİ GF63 modeli isə 2-ci təqdim etdiyi incə və Gaming modelidir. Bu model-də 8-ci nəsil İntel prosessorları ilə təchiz ediləcək. Ekran kartı hissədə isə GTX 1050 Tİ/GTX 1050-dən istifadə ediləcək. 7 saat batareya müddəti vəd edir. 15.6 düym ekrana malikdir. GS65 modeli kimi hər iki model çox incə ekran çərçivəsinə və ümumi dizayna malikdir. Hər iki model İPS panellə təchiz olunub.