Land Rover -dən mobil telefon xəbəri.

Hər kəsin sevdiyi avtomobil markası olan Land Rover yeni telefon modeli ilə diqqətləri öz üzərinə çəkəcək.

 

Avtomobil sektorunda güclü, sağlam və rahat avtomobilləri ilə  tanıdığımız  Land Rover  tamamilə fərqli bir sektorda  qarşımıza çıxmağa  hazırlaşır. Şirkət,  diqqətləri üzərinə çəkə biləcək  mobil telefonu Land Rover Explore-i təqdim etməyə hazırlaşır.

Telefon  2016-cı ildən Land Rover ilə əməkdaşlıq edən Bullitt şirkəti tərəfindən istehsal olunacaq . Bullitt İngiltərədəki telefon istehsalçılarından biridir və Lan Rover üçün də istehsal edəcəkləri telefonun kifayət qədər güclü bir model olacağı gözlənilir.


Gözlənilən telefonun diqqət çəkən xüsusiyyətlərindən biri telefonun modulluğudur. Yəni satın alına biləcək  əlavələrlə telefona yeni funksiyaları əlavə edə bilərsiniz. Land Rover sözü gedən telefonu güclü bir  GPS modulu ilə  təqdim edəcək. Adventure Pack adını daşıyacaq olan bu modul öz batareyasına malik olacaq və daha inkişaf etmiş bir GPS xüsusiyyətini nümayiş etdirəcək. GPS ViewRanger Skyline texnologiyası ilə birlikdə artırılmış reallıq özəlliyinə sahib olacaq.

Telefon həm də ekstremal temperatur, ani temperatur dəyişikliyi, yüksək təzyiqlər, su və yüksək düşmə müqaviməti ilə diqqəti cəlb edəcək. Telefonun  arxa, yan kənar dizaynları Land Rover cipini xatırladır.

Land Rover Explore-in bu ayın sonunda MWC 2018-də rəsmən təqdim edilməsi gözlənilir. Telefonun satış qiymətinin təxminən 800 dollar olduğu təxmin edilir.