Kosmosda İlk Ölkə : Asgardia!

Elm adamları dünya sakinlərini kosmosun ilk ölkəsi Asgardia-ya dəvət edir. Son bir neçə ildə kosmosla bağlı böyük aktivlik yaşayırıq. Xüsusilə SpaceX-lə birlikdə son dövrdə olduqca həyəcanlı inkişaflara şahid olduq. İndi isə bunlara daha bir yenisi əlavə olunur. Parisdə təşkil edilən bir konfransda elm adamları bir qanuna imza atacaqlarını açıqladılar: Asgardia. Kosmosun ilk ölkəsi olacağı açıqlanan Asgardia-nın adı təxmin edilə biləcəyi kimi Asgard-dan gəlir. "Çılgın layihə" olaraq adlandırılan Asgardia elm adamlarının şərhinə görə dünya orbitində olacaq. Layihənin ilk addımı bir neçə ay sonra göndəriləcək bir peyklə atılacaq. Lakin insanların yerləşməsi üçün uzun illər lazım olacaq. Elm adamları insanları Asgardia vətəndaşı olmağa dəvət edir. 100 min vətəndaşın müraciətindən sonra isə ölkə olmaq üçün Birləşmiş Millətlərə müraciət olunacaq. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .