Kompüter Alan Zaman Diqqət Yetirəcəyimiz 5 Əsas Özəllik

Bildiyimiz kimi, hərkəs komputer alarkən texnologiya sahəsində tam məlumatlı olmur. Buna görə də bu xəbəri sizlər üçün hazırladıq.

Komputer alarkən diqqət yetirəcəyimiz əsas özəlliklər.

1)Prosessor-Komputer üzərində edilən bütün arifmetik və məntiqi əməliyyatlar bu qurğu tərəfindən reallaşdırılır və nəzarət edilir. Prosessorlar ana kartın ortasında olan və xüsusi olaraq hazırlanan CPU yuvası və ya prosessor socketi deyə adlandırılan hissəyə birləşdirilir. CPU kompüterin beynidir və vəzifəsi  tapşırıqları tezliklə yerinə yetirməkdir. CPU işləyərkən qızdığı üçün onun üzərinə ventilyator yerləşdirilər(yəni soyuducu sistem). Prosessorun (CPU) sürəti, yəni takt tezliyi hz (hers) ilə ölçülür.Bu takt tezliyi  bizim alacağımız kompüteri seçərkən önəmli rol oynayacaq. Çünki takt tezliyi müəyyən əməliyyatların aparılması zamanı məhsuldarlığı göstərən vasitədir.CPU-nun takt tezliyi nə qədər çoxdursa komputer o qədər məhsuldar işləyir. Core 2 Duo-da 2 prosessor işləyir və ona görə məhsuldarlıq 2 yə vurulur.Məsələn 3.6 GHZ takt tezliyində  3 milyard 600 milyon saat zərbəsi ilə işləyir.Ona görə komputer alarkən takt tezliyinin nəzərə alınması əsas önəm daşıyır.

CPU alan zaman hansı nəsil olmağına fikir verilməlidir.Çünki yeni nəsil prosessorlar daha sürətli və ən son texnologiya ilə təchiz edilir.Ən məhşur prosessorlar İntel və AMD prosesorlarıdır.İntel Gaming bölməsi üçün daha yaxşıdır amma AMD isə video edit-ləmə(Render) işində İnteldən üstündür.Buna baxmayaraq oyun performansında da İnteldən çox geri qalmır.

2)Ekran Kartı-Video kart məlumatın monitora verilməsinə cavabdeh olan elementdir. Onun keyfiyyəti daha çox parametirindən asılıdır: monitorda göstərilə bilən rənglərin sayı və s. Müasir dövrümüzdə iki populyar video kart istehsalçısı var. Bunlar Nvidia və AMD-dir(keçmiş adı ATI Radeon-dur). Müasir video kart bir neçə komponeenti özündə birləşdirən sxem-lövhədən ibarətdir.Həmin komponentlər bunlardır: Qrafik emal qurğusu, istilik tənzimləyicisi, Video BIOS, video yaddaş, RAMDAC, çıxış interfeysləri,video qrafik silsilə(VGA)(DE-15),elektron vizual interfeysi,yüksək təyinatlı multimedia interfeysi, ekran portu.Biz kompüteri alan zaman diqqət yetirəcəyimiz  təməl xüsisiyyətlər aşağıdakılardır.

1)VRAM-Video yaddaş GPU-ya və ekran sxeminə keçməyə ehtiyac duyur  o  tez-tez VRAM, WRAM, SGRAM kimi xüsusi yüksək sürətdən və ya muli-port yaddaşdan istifadə edir

2)Hansı nəsil olması-Bildiyimiz kimi, hər il texnologiya inkişaf edir və buna görə də ekan kartı seçərkən hansi nəsil olduğuna fikir verməliyik.Çünki yeni nəsil ekran kartları daha performanslı olurlar və daha keyfiyyətli görüntü göstərirlər.

3)Hansı firma olması-Bu sizin seçiminizdən aslıdır, amma Nvidia ekran kartları daha çox üstünlük təşkil edir.AMD ekran kartlarınında  özünə məxsus xüsusiyyətləri var.

3)Anakart-Anakartlar komputerlərin əsas hissələrindən biridir. Digər bütün hissələr anakarta qoşulur. Əlavə qurğuların qoşulmasını təmin edən portlara sahibdir. Anakart üzərində prosessor yuvası, yaddaş, genişləmə yuvaları, BIOS,  portlar və köməkçi çiplər yerləşməkdədir. Hər şeydən əvvəl alacağınız anakart alacağınız keys-lə uyğunlaşmalıdır. Yəni ölçüləri uyğun seçilməlidir. Anakartınızın hansı prosessorları dəstəklədiyini də bilməlisiniz. Müxtəlif istehsalçılar CPU quruluşları da müxtəlifdir. Firmanın hər hansı bir prosessorunu dəstəkləməsi həmin firmaya məxsus digər prosessorların da dəstəklənəcəyi mənasına gəlməz. Anakart seçərkən nə qədər RAM və hansı növ RAM istifadə olunacağına da diqqət etməlisiniz. Bu günki ehtiyacınızdan ən azı iki dəfə çox RAM-ı dəstəkləyən bir anakart seçməyiniz məsləhət olardı. Ona görə ki, gələcəkdə RAM modullarını dəyişmədən əlavələr edə biləsiniz. Yeni bir anakart alarkən istifadə edəcəyiniz ekran kartlarını dəstəkləyib-dəstəkləmədiyindən də əmin olmalısınız.

 

4)Yaddaş(HDD VƏ SSD)-Seçim edərkən əsas diqəti SSD- yə yönəldin.Çünki,SSD HDD-yə nisbətən 3 dəfə daha sürətlidir.Bu da kompüterinizin daha sürətli açılması və ya proqramların daha sürətli işləməsinə həmçinin donmasının qarşısını nisbətən olsa da alamağa kömək edir Hal-hazırda SSD istehsal edən şirkətlər çoxalıb.Bunlara misal olaraq Samsung,Toshiba,Kingston və s. göstərə bilərik.

 

5)Ram-əməliyyat vaxtı istifadə olunan verilənlərin saxlandığı yaddaşdır (Əməli Yaddaş). Daimi yaddaş kimi istifadə oluna bilməz! Performans baxımından keyfiyyətli və kifayət həcmdə RAM-a sahib olmaq çox əhəmiyyətlidir!  RAM həcmləri MB və GB-larla ölçülür. RAM bir “Excell” cədvəli kimi hazırlanmışdır. Yaddaş bölümləri adreslənərək adresə yazma və adresdən oxuma əməliyyatları həyata keçirir. İstifadə olunmayan proqram və verilənlər daimi yaddaşda (HDD-Sərt disk, USB yaddaş və s.)  saxlanılır. Tələb olunduğunda bu proqram və ya verilənlər RAM-a kopyalanır və işlənir. CPU (Central Processing Unit – Mərkəzi Prosessor) RAM-a digər yaddaş növlərindən daha tez müraciət edə bilir, bunun üçün də proqramların və verilənlərin RAM-a kopyalanmasına  ehtiyac duyulur.Əgər işlədilən proqram RAM-dan böyükdürsə bu proqram RAM-a müəyyən zaman aralıqlarında hissə-hissə kopyalanır.Ram ölkəmizdə ən məhşur yayılmış sözdür.Çünki,kim kompüter alarsa dərhal Ram-ı soruşur.Amma əslində Ram sizin aldığınız komputerin CPU və GPU dan asılı olaraq dəyişə bilər.Çünki kompüteriniz çox güclü deyilsə sizə 16 və ya 32 GB ram lazım deyil.Hal hazırda müasir kompüterlərdə 8 GB ram kifayət  edir.

Və sonda sadaladığım bu xüsusiyyətlərdən ən əsası CPU və GPU-dur.RAM-ı və yaddaşı əlavə olaraq artırmaq olar.Amma CPU və GPU dəyişə bilməz(Notebook -lara aiddir).