HTC 11-in texniki özəllikləri haqqında məlumatlar var!

May 2016-da HTC 10 modelini satışa çıxaran şirkətin bu yaxınlarda HTC 11 modelini təqdim edəcəyi gözlənilir. HTC 11-in 12 MP-lik arxa, 8 MP-lik ön kamera və 5.5 inç-lik QHD ekrana sahib olacağı iddia edilir. Cihazın Android 7.12 (Nougat) əməliyyat sistemi üzərində qurulmuş HTC Sense 9.0-ilə gələcəyi gözlənilir.
HTC 11 6 GB RAM ilə birlikdə Snapdragon 835 MSM8998Pro ilə dəstəklənməkdədir. 128 GB daxili yaddaşın 112 GB-ı istifadəyə yararlı olacaqdır. Ekran keyfiyyətinin 1556 x 2550 piksel olacağı gözlənilir.