HP, Kameranın Qapaqla Örtülməsi Yeniliyini Hərkəsə Bildirdi.

HP EliteBooks modellerinə yeni özəllik əlavə edəcək.

HP şirkəti digər markalar kimi daima bizlərə yeniliklər təqdim edir. Bugünkü mövzumuz HP-nin istehsal edəcəyi modellərindəki olan yeni bir xüsusiyyət haqqındadır. Belə ki, yeni modellərdə kameranın qapaqla örtülməsi kimi bir yenilik olacaq ki, bu da kamera qapağının kameranın qabağına irəli çəkilərək kameranın açıq olmadığı vaxtlarda belə onun hər hansı bir görüntü əldə etməsinin qarşısını alır.

Bu yenilik 5-ci nəsil HP EliteBooks 830, 840 və 850 modellərində istifadə ediləcək. HP şirkəti bildirir ki, bu modellərin hər hansı birinə əllə toxunma funksiyasını əlavə etdikdə çərçivə üçün yetərli yer olmadığına görə problem ola bilər.

Digər markalardan olan Lenovo da fiziki olaraq kameranın qapağının bağlanması kimi yenilikdən istifadə etmişdir. Amma HP ilk dəfə istifadə edən şirkət oldu. Bu kimi yenilik hələ ki, çox nadir istifadə olunur. 

HP 14 dyüm-lük ekran (840),15 dyüm-lük ekran (850) və 13 dyüm-lük (830) modelləri bazara çıxaracaq. AMD-nin Radeon RX 540 ekran kartı 850 modelində olacaq. Digər modellərdə isə İntel HD qrafiki dəstəkləyir. Bu modellər 8-ci nəsil İntel prosessoru və təkmilləşdirilmiş ekran görüntü keyfiyyətini dəstəkləyəcək.

HP EliteBooks modellərinin qiyməti  1029 dollardan başlayacaq.