Günəş enerjili təyyarə Atlantik Okeanını 3 gündə keçdi !

Günəş enerjisiylə işləyən Solar Impulse 2 təyyarəsi Atlantik okeanı üzərindəki uçuşunu 3 gündə tamamlayaraq İspaniyanın Sevilya şəhərinə eniş etdi. Pilot Bernard Piccard bazar ertəsi New Yorkdan yola düşdükdən sonra Atlantik okeanı üzərində sürətli bir şəkildə irəliləmə qət etdi. Bu uçuş Solar Impulse 2'nin dünyanın ətrafında fırlanmaq üçün etdiyi 15-ci mərhələ idi. 2015-ci ilin martında dünya turuna başlayan təyyarənin Abu Dabi şəhərinə çatmasına son bir marşrut qaldı. Parisdə SONLANACAQDI! 15-ci mərhələnin sonlanması Atlantik okeanını 1927-də tək başına keçən ilk pilot olan Charles Lindbergh'in xatirəsinə Parisdə olması planlaşdırılırdı. Ancaq, Parisdəki hava şərtlərinin əlverişli olmaması səbəbiylə İspaniyanın Sevilya şəhəri ən etibarlı eniş bölgəsi olaraq seçildi. Layihənin, gələcəkdə hava yollarına töhfəsindən daha çox, günəş enerjisinin nələr edə biləcəğini göstərmək məqsədiylə hazırlandığı vurğulanır. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .