Google ən təhlükəsiz Android telefonların adını açıqlayıb!

Bəs sizin telefonunuzun adı Google-un siyahısında varmı?
Google bir neçə gün öncə Android-in tətbiq mağazası olan Google Play Store-daki təklükəli tətbiqləri necə əngəllədiyi haqqında bir video paylaşmışdı. Bu videoda Google Play Store-dakı tətbiqlərin 0,05%-nin təhlükəli olduğunu Google dürüst şəkildə boynuna alır. Sonda mövzuya əlavə olaraq bu göstəricinin 2015-ci ildə 0,15% olduğunu da qeyd edib.

Təhlükəsizliyə son vaxtlar gec də olsa əhəmiyyət verən Google Android cihazlar üçün hər ay müntəzəm olaraq təhlükəsizliyin daha da yaxşılaşdırılması üçün yeniləmələr göndərir.

Google bu layihədə 730 milyondan çox Android cihaza təhlükəsizlik yeniləməsi göndərməyi bacarıb. Sonda isə bazarın ən təhlükəsiz Android telefonlarının adı açıqlanıb.

Ən təhlükəsiz Android telefonlar:

Google Pixel

Google Pixel XL

Nexus 6P

Nexus 5X

Nexus 6

Nexus 5

Samsung Galaxy S7

Motorola Moto Z Droid

OPPO Neo 7

OnePlus 3

BQ Aquaris M5

Vivo V3 Max

LG V20

Sony Xperia X Compact