Google Pixel 2 və yeni məhsullarını təqdim etdi !

15 DƏQİQƏYƏ ŞARJ OLUR və 7 SAAT BATAREYA ÖMRÜ VAR !


Amerikanın texnologiya nəhəngi Google yeni ağıllı telefon modelləri Pixel 2 və Pixel 2 XL ilə yeni məhsullarını tanıtdı. Kaliforniyada edilən təqdimatda yeni telefon modellərindən Pixel 2-nin 5 inch (12,7 sm) AMOLED ekrana və 1920x1080 dəqiqliyə, Pixel 2 XL-in də 6 inch (15,2 sm) pOLED ekrana və 2880x1440 dəqiqliyə sahib olduğu açıqlandı . Google Pixel 2 və yeni məhsullarını təqdim etdi !
KAMERA XÜSUSİYYƏTLƏRİ
Təqdimatda hər iki modelin 12.2 megapiksel arxa kamera və 8 meqapikselli ön kameraya sahib olduğu bildirildi və DxOMark-ın qiymətləndirmə sisteminə görə kamera keyfiyyəti yeni modellərin kameralarının keyfiyyətinə nisbətdə 100 üzərindən 98 bal alaraq cib telefonu bazarında ən yüksək xala sahib olduğu vurğulandı. Google Pixel 2 və yeni məhsullarını təqdim etdi !
15 DƏQİQƏYƏ ŞARJ OLUR və 7 SAAT BATAREYA ÖMRÜ VAR !
Hər iki telefon modelinin 15 dəqiqəlik sürətli şarj ilə 7 saat batareya ömrünə sahib olmasının diqqət çəkdiyi təqdimatda telefonların suya və toza qarşı dayanıqlı olduğunu və arxa tərəflərində barmaq izi oxuyucusu olduğu qeyd edildi . Google Pixel 2 və yeni məhsullarını təqdim etdi !
ƏMƏLİYYAT SİSTEMİ
Təqdimatda Snapdragon 835 prosessoru və Android Oreo əməliyyat sistemi ilə təchiz olunmuş 4 GB RAM və 64 GB və ya 128 GB yaddaşlı telefonlar barədə məlumat da paylaşdı. Telefonların "Always-on-Display" xüsusiyyətləri sayəsində ekranlarının bağlı olduğu halda saat, tarix, qalan enerji miqdarı və ifa olunan musiqi məlumatlarını istifadəçilərə göstərdiyi bildirildi . "Active Edge" texnologiyası sayəsində telefonların kənarlarına toxunaraq istifadəçilərin "Google Assistant"a əmrlər verə biləcəyi də qeyd edildi. Google Pixel 2 və yeni məhsullarını təqdim etdi !
Təqdimatda hər iki telefonun da "Augmented Reality" texnologiyasına dəstək verdiyini vurğulandı . "AR Stickers" istifadəçilərə şəkillərinə və videolarına animasiya əlavə etməyə imkan verir. Google Pixel 2 və yeni məhsullarını təqdim etdi !
"Smart Lens" texnologiyası ilə telefon kameralarından çəkilən fotoşəkillərlə əlaqəli yer, dizayn və digər məlumatlarla bağlı axtarış etmə imkanı istifadəçilərə veriləcək . imgimg Bundan əlavə, hər iki modeldən hər hansı birini alan istifadəçilər Google Photos və Google Drive-dan faydalana, şəkillərini yükləyərək telefonun yaddaşına dair məlumat paylaşa biləcəklər .