Galaxy S8 və Galaxy S8 Plus-ın təqdimatını canlı izləyin!

Samsung Galaxy S8 və Galaxy S8 Plus-ın təqdimatını hansı yollarla canlı izləyə biləcəyimizə nəzər salaq.
2017-ci ilin ən çox gözlənilən Android modellərin təqdimatına çox az bir vaxt qalıb. Radikal dizayna və diqqət çəkən özəlliklərə sahib olan iki premium smartfon Samsung Galaxy S8 və Galaxy S8 Plus-ın 3 gün sonra rəsmi təqdimatı olacaq.

Bildiyimiz kimi Samsung biri New-York, digəri isə Londonda olmaqla eyni zamanda iki təqdimat mərasimi təşkil edəcək. Təəssüf ki. çox insan bu mərasimdə iştirak edə bilməyəcək, ancaq Cənubi Koreyalı istehsalçı bu tədbirləri izləməyin müxtəlif yollarını təqdim edir.

Aşağıda Galaxy S8 və Galaxy S8 Plus-ın təqdimatını canlı izləməyin yolları ilə tanış ola bilərsiniz.

1. YouTube canlı yayım.

Başqa mühüm təqdimatlarda olduğu kimi bu təqdimat da YouTube-da canlı yayımlanacaqdır.

2. Unpacked 2017 tətbiqi.

Samsung daha standart yayım üsullarına əlavə olaraq Unpacked tədbiri üçün xüsusi bir tətbiq hazırlayıb. Hal-hazırda tətbiqdə təqdimata neçə saat qaldığını göstərən bir funksiya aktivdir. Təqdimat başlayan anda isə canlı yayım funksiyası aktiv olacaqdır. Bu tətbiqi aşağıdakı keçidlərdən yükləyə bilərsiniz.

Android / iOS

3. Samsung Unpacked web saytı.

Bu canlı yayımı Samsung-un rəsmi web saytından da izləyə bilərsiniz. Bu web sayta aşağıdakı keçiddən nəzər sala bilərsiniz.

Samsung Unpacked web saytı