Galaxy S8 Plus GeekBench-də 4 GB RAM və Snapdragon 835 ilə ortaya çıxdı!

Galaxy S8 təqdimatına günlər yaxınlaşdıqca ortaya çıxan görüntülərdən də artıq cihaz haqqında ətraflı məlumat əldə olunur. İndiyə qədər xüsusiyyətlər, vizuallar kimi bir çox detayını gördüyümüz Galaxy S8 sonunda GeekBench-də də ortaya çıxdı.

Galaxy S8 ilə birlikdə nümayiş etdirilən Galaxy S8 Plus-ı gördüyümüz bu benchmark testində cihazın Qualcomm Snapdragon 8354GB RAM-a sahib olduğu aydın olur. Yəni bəzi gözləmələrə görə Galaxy S8 4 GB RAM, Galaxy S8 Plus 6 GB RAM ilə gələ biləcəyi deyilərkən hər iki modeldə də 4GB RAMolacağını anlayırıq.


Yuxarıda görə biləcəyiniz kimi bu detallara sahib olan cihaz 1929 tək nüvəli, 6084 də çoxlu nüvəli performans hesabı aldığına görə Android 7.0 Nougat əməliyyat sisteminə sahib olduğu görülür.

Ümumi olaraq cihazın bütün aşkar olunmuş xüsusiyyətləri belədir:

5.7 düym və 6.2 düym QHD Super AMOLED Ekran

Qualcomm Snapdragon 835 / Octa-Core Samsung Exynos 9 8895 çipset

4GB RAM

64GB storage (+ MicroSD)

Android 7.0 Nougat

12MP Dual Pixel f / 1.7 Kamera

8MP f / 1.7 Ön Kamera

IP68 Sertifikatı

4G Volt, Wi-Fi 802.11ac, Bluetooth 4.2 LE, GPS, USB 2.0, NFC

3500mAh Batareya (+ QC 3.0 & Wireless Adapter)