Fevral ayının ən güclü 10 smartfonu!

AnTuTu fevral ayı üçün ən yaxşı performans göstərən smartfonların siyahısını yayımlayıb.


Siyahı dünya miqyasındakı mobil telefon markalarını və Çin markalarını əhatə edir. Qarşılaşdırma testləri smartfonların ortalama qrafik və performansına əsaslanır. Siyahıya bir neçə yeni giriş etmiş cihaz olmasına baxmayaraq bəzi modellər siyahıda öz yerini qoruyub saxlayır. Onu da qeyd edək ki, siyahıdakı cihazların çoxu Snapdragon 821 istifadə edir.

Şübhəsiz ki, Apple A10 çipseti hal-hazırda mobil sektordakı ən güclü prosessordur və ona görə də zirvədəki yerini qoruyur. Qualcomm-un ən yeni Snapdragon 835 çipi və Samsung-un Exynos 8895-ləri Apple-ın ən yaxşı çipləri ilə başa-baş mübarizə aparacaqdır. Lakin hələ ki, bazarda bu çiplərlə işləyən mobil cihaz yoxdur.

AnTuTu-nun fevral ayı üçün yayımladığı test sıralamasındakı 10 yerdən 8-ni Çin markaları tutur.

1. iPhone 7 Plus - 184981
2. iPhone 7 - 175805
3. OnePlus 3 T - 163044
4. LeEco Le Pro 3 - 159163
5. Hammer M1L - 154559
6. Zuk Edge - 154528
7. OnePlus 3 - 154062
8. Mi 5S Plus - 151423
9. Mi 5S - 150497
10. Mi Note 2 - 148854