Facebooku 24 milyard dollara almaq istəyən şirkət

Texnologiya dünyasının nəhəngi Microsoftun digər bir texnologiya nəhəngi Facebooku 2010-cu ildə 24 milyard dollara satın almaq istədiyi ortaya çıxdı.

Microsoftun Facebooku 2010-ci ildə 24 milyard dollara almaq istədiyi ortaya çıxdı. Microsoftun köhnə CEO-su Steve Ballmer qatıldığı bir televiziya proqramında 2010-ci ildə Facebooku satın almaq üçün 24 milyard dollar təklif etdiklərini açıqladı. ZUCKERBERG DÜNYANIN ƏN ZƏNGİN 4-CÜ İNSANIDIR   Microsoftun uzun səylərinə baxmayaraq Mark Zuckerbergin hər dəfə təklifləri rədd etdiyini ifadə edən Ballmer onun qərarına hörmət etdiyini ifadə edir. Hal-hazırda 378 milyard dollar bazar dəyərinə sahib olan Facebookun qurucusu Mark Zuckerberg 55.3 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin dördüncü insanıdır. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .