Facebook məcbur dayandı!

Facebook Avropada WhatsApp istifadəçilərinin məlumatlarını toplamağı dayandırdı. Yeni bir hesabata görə Facebook Birləşmiş Krallıqdan gələn təzyiqə dözə bilmədi və Avropada WhatsApp istifadəçilərinin məlumatlarını toplamağı dayandırdı.   Facebook WhatsApp-dakı telefon nömrələrini öz üzərinə köçürürdü , lakin Financial Times-in xəbərinə görə nəhəng sosial şəbəkə Avropadakı qaydalarını dəyişdirmək məcburiyyətində qaldı. Facebook bu dəyişikliyin müvəqqəti olduğunu söyləyir.   Məlumat toplamağı dayandırdı !   Facebook WhatsApp-ı 2014-cü ildə 19 milyard dollarlıq bir ödəniş qarşılığında satın almışdı. Facebookun WhatsApp vasitəsilə məlumat toplaması isə avqust ayında başlamış və Avropadakı məlumatların toplanmasına görə səlahiyyətlilərin tənqidinə səbəb olmuşdu . Səlahiyyətlilərdən 28-nin WhatsApp CEO-su Jan Koum-a göndərdikləri açıq məktubda qanuni əməliyyatlar bitənə qədər məlumatların toplamasının dayandırılması tələb olunurdu.   Facebookun Avropadakı qanuni işlərini icra edən Irish Data Protection Commissioner Facebookun məlumatların toplamasını keçən həftə dayandırdığını Financial Times-a etdiyi bir şərhdə təsdiqlədi. Facebook daha əvvəl Almaniyadan da məlumatların toplanmasını dayandırması üçün bir əmr almışdı. İngiltərə, Fransa və İtaliya kimi bəzi ölkələr isə Facebookun məlumatların toplanması fəaliyyətləri haqqında öz araşdırmalarını icra edirlər.