Facebook-dan Adblock-a dərhal cavab!

Adblock-un Facebook-un reklam əngəlləmə həddini aşdığını bildirməsinin ardından Facebook-dan qarşı tərəfə cavab gecikmədi. Reklam əngəlləyici proqramlara qarşı müharibə başladan Facebook-un gündəmində ilk sıranı əlbəttə Adblock tuturdu. Milyonlarla insanın istifadə etdiyi reklam əngəlləyici proqram təminatı şirkəti isə Facebook-un gördüyü tədbiri aşmağı bacardığını bildirmiş və istifadəçilərinin Facebook-u reklamsız olaraq istifadə etməyə davam edə biləcəklərini ifadə etmişdi. Ancaq, bir neçə saat sonra Adblock-a Facebook-un cavabı gecikmədi və şirkət "əngəlləyicinizi əngəlləyəcək bir əngəli aktiv edəcəyik" açıqlamasını verdi. Bir az yanıltmaca bənzəyən bu ifadəni bu şəkildə izah edək: Facebook yeni bir yeniləməylə Adblock Plus-ı masaüstündə təkrar deaktiv edəcək.


Bu tip reklam əngəlləyici proqramları istifadəçi baxımından faydalı hesab etmədiyini bildirən Facebook onsuzda nə tərz reklamlar görmək istədiklərinə dair seçimi istifadəçiyə buraxdıqlarını söyləyir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .