Chrome-un mobildə aylıq aktiv istifadəçi sayı 1 milyardı keçdi

Google-un 2012-ci ildə Android və iOS versiyasını istifadəçilərə təqdim etdiyi axtarış sistemi Chrome-un mobildəki aylıq aktiv istifadəçi sayı 1 milyardı keçib. Texnologiya.az "Xeberler.az "-a istinadən məlumat verir ki, şirkət sistemin mobil istifadəsinə dair maraqlı faktları açıqlayıb. Bu həftə Chrome-un 50. versiyasını da yayımlayan Google mobildə aylıq 1 milyard aktiv istifadəçini keçdiyini açıqlayıb. Qeyd edək ki, ötən ilin noyabrında iOS və Android-də aylıq 800 milyon aktiv istifadəçiyə çatdığını açıqlayan şirkət 5 ayda bu sayı 200 milyon artırıb. Google bu uğuru infografik məlumat hazırlayaraq qeyd edib. İnfoqrafiyada diqqəti çəkən məlumatlar: -Hər ay Chrome-un mobil versiyasında 771 milyard internet saytı yüklənir -Avtomatik tamamla xüsusiyyəti ilə 500 milyard söz tam yazılmadan seçilir -3,6 milyard internet saytı hər ay avtomatik olaraq başqa dilə çevrilir -9,1 milyard forma və şifrə hər ay avtomatik olaraq doldurulur -İstifadəçilərə virus və zərərli internet saytlarından qorumaq üçün hər ay 145 milyon xəbərdarlıq çıxardılır