Bu gün Android O-nun günüdür! Bu da Android O ilə gələn yeniliklər

Google I/O 2017 tədbirində Android-in yeni versiyası təqdim olunacaq.


Google developerlər üçün təşkil etdiyi Google I/O 2017 tədbirinə start verib. Ağıllı ev, virtual asistant, VR texnologiyaları və digər yeni məhsulların təqdim olunacağı Google I/O 2017-də ən çox gözlənilən isə Android O adlandırılan yeni Android versiyasıdır.

Android O ilə gəlməsi gözlənilən özəlliklər isə aşağıdakılardır:

1. Android O versiyası ilə arxa planda işləyən tətbiqlər daha az güc sərf edəcək.



2. PIP (picture-in-picture) özəlliyi ilə şəkil içərisində şəkil görüntüləyə biləcəksiniz. PIP özəlliyi bölünmüş ekran özəlliyindən fəqli olacaq. Məsələn, Facebook-da gəzərkən qaleryadakı videonu ekranın fərqli bölgəsində izləyə biləcəksiniz.



3. Bildiriş mərkəzində istifadəçilərin işini asanlaşdıracaq bəzi yaxşılaşdırmalar ediləcək.



4. iOS-də olan 1Password dəstəyi Android-ə də gələcək.



5. Oxunuş keyfiyyətini artırmaq üçün yeni bir yazı tipinə keçiləcək.



6. Tətbiq ikonları artıq bir çərçivə daxilində olacaq. Sistemə əlavə olunan özəllik sayəsində tətbiq ikonları interfeysə uyğun şəkildə adaptasiya ediləcək.



7. Android O ilə birlikdə DCI-P3, AdobeRGB və Pro Photo RGB rəng şkalaları dəstəklənəəcək.



8. LDAC texnologiyası gələcək. LDAC ilə naqilsiz olaraq 24 bit keyfiyyətli 990 kbps transfer mümkündür.