Bu batareya duzlu su ilə çalışır !

Çinli alimlər duzlu su ilə işləyən elastik bir batareya hazırladılar !


Elektrik enerjisi ilə işləyən geyilə bilən cihazların batareyasının sahib olması lazım olan bəzi əhəmiyyətli xüsusiyyətlər var. Hər şeydən öncə batareyalar elastik olmalı, büküldüyü zaman zədələnməməli və enerji ötürməyə davam etməlidir . Bundan başqa bu batareyalar insan dərisi ilə təmasda olduğu zaman zərərli maddələr dəriyə təmas etməməlidirlər .

Bu günə qədər bu məqsədlər üçün inkişaf etdirilən batareyalar ən son haqqında qeyd etdiyimiz xüsusiyyətə sahib ola bilməyiblər, bunun əvəzinə əlavə bir maddə ilə kimyəvi maddələrin sızıb insan dərisinə təmas etməsinin qarşısı alındı. Amma bu onları qalınlaşdırdığı üçün görünüşləri baxımından mənfi xüsusiyyət kimi qəbul olundu. Çindəki bir tədqiqat komandası yeni tip elastik batareya inkişaf etdirdi . Bu batareyalar o zərərli kimyəvi elementlərin istifadəsini tələb etmir.

Tədqiqat komandası toksik və ya həll edici elektrolitlərin yerinə natrium sulfat kimi natrium-əsaslı kimyəviləri (bir növ duzlu su) istifadə etdi. Bu maddələrin də insan dərisinə təması arzu edilən bir şey deyil, amma təsadüfən sızsalar belə, digər kimyəvi maddələr qədər təhlükəli bir vəziyyət ortaya çıxarmırlar.

Tədqiqatçılar bu batareyaların natrium-əsaslı mayelərlə çalışmasının gələcəkdə insan bədənindən ifraz olunan tərdən enerji ala biləcəyini düşünür.