Bitcoinin rəqibi ethereumun qiyməti artaraq rekord qırdı



Ethereum səssiz sədasız rekord qırdı. Kripto valyutalara olan marağın artması Bitcoinin ardından Ethereumun da qiymətinin artmasına səbəb oldu.

Bitcoinin ən böyük rəqibi olan Ethereumun qiyməti dünən 425,55 dollara yüksəldi. Coindesk.com-a görə Ethereum 410,95 dollar səviyyəsindədir. 

31 dekabr 2016-cı ildə 9,56 dolar olan Ethereumun dəyəri yeni ildən bu yana 50 dəfə artdı. İndiki dövrdə bazar dəyəri 39,39 milyard dollardır.