Apple telefonun isinməsinin qarşısını alan örtük (case) patenti aldı!

Apple şirkəti iPhone modellərində isinmə probleminin qarşısını ala biləcək bir telefon örtüyünün patentini aldı. İndiki dövrdə ağıllı telefonlardakı təchizatın güclənməsiylə birlikdə bir çox ağıllı telefon istehsalçısı cihazların isinmə probleminin qarşısını ala bilmir.

Bu problemin fərqində olan Apple şirkəti ağıllı telefonlardakı isinmə problemini tamamilə aradan qaldıracaq bir telefon örtüyü patenti aldı. Apple-ın inkişaf etdirdiyi bu örtük üç laydan ibarətdir və ehtiyac duyulan hallarda qatı haldan maye hala keçən termal maddələr sayəsində telefonların istiliyi örtük tərəfindən udulur və termal maddələrin dövrəyə girməsiylə birlikdə telefon soyuyur.

Bu həll çox gözəl görünsə də, açıqcası Apple-ın belə bir problemi yox idi. Həm iOS əməliyyat sisteminin stabilliyi, həm də iPhone təchizat xüsusiyyətləri sayəsində Apple telefonları bəlkə də ən az isinmə problemi ilə qarşılaşdığımız telefonlar siyasına daxildir. Ona görə də hal-hazırda indi istehsal olunmuş iPhone-lara bu yenilik gərək olmayacaq.

İrəliləyən dövrlərdə Apple-ın bu patenti necə istifadə edəcəyini görəcəyik. Kim bilir, bəlkə də Apple digər markaların önünə keçmək üçün bu patenti əldə edib.