Apple iOS 10.2 yeniləməsini təqdim etdi !



Apple bu gün iOS 10 əməliyyat sisteminin ikinci böyük yeniləməsi olan iOS 10.2-ni təqdim etdi . Apple yeniləmələrində sürət durmadan davam edir. iOS 10 yeniləməsiylə birlikdə ciddi problemlər yaşayan Apple-ın istifadəçiləri üçün bu gün təqdim etdiyi yeniləmə ilə birlikdə bu problemlərə son qoyulacağı gözlənilir . Son olaraq bir həftə əvvəl beşinci beta versiyası da developerlər üçün təqdim edilən iOS 10.2 yeni TV tətbiqi, fotoşəkil, mesaj, musiqi, mail və accessibility xüsusiyyətləri ilə gəlir. iOS 10.2 yeniləməsi iPad 4 və daha yüksək versiyalar, iPhone 5 və daha yüksək versiyalar üzərində işləyən cihazlar və iPod Touch 6G üçün uyğundur. Yeniləməni cihazınızın proqram yenilikləri hissəsindən yükləyə bilərsiniz.