Android-də gizlənmiş yeni xüsusiyyət tapıldı!


Android proqramçıları Android Nougat 7.1-in açıq qaynaq kodlu versiyasında yeni bir gizli xüsusiyyəti kəşf etdilər. Bu yeni xüsusiyyət bizlərə nələr təqdim edir? Bu yeni xüsusiyyət sayəsində ağıllı telefonunuzdan istədiyiniz kimi ekran görüntüsü ala biləcəksiniz. Özəllik hələlik tamamilə gizli vəziyyətdədir və aktiv hala gətirə bilmək üçün Android Nougat 7.1 Developer versiyasında qaynaq kodlarını dəyişdirmək lazımdır. Google və ya digər Android ağıllı telefon istehsalçılarının bu xüsusiyyəti nə zaman aktiv hala gətirəcəyi məlum olmasa da xüsusiyyət ortaya çıxdığına görə yəqin ki qısa müddət sonra bu funksiya istifadəçilərə təqdim ediləcəkdir . Bəs bu xüsusiyyət necə işləyir? Aşağıda videoda da göstərildiyi kimi ekran üzərində istədiyiniz bölgəni seçib yalnız oraya aid görüntünü seçə bilərsiniz . Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .