ABŞ kiber hücuma görə 7 milyard zərər çəkdi



Rusiya və Çin tərəfindən törədilən DDoS hücum səbəbiylə Amerikanın yüzdə 78 -i internetsiz qaldı və zərərin 7 milyard dollar olduğu ifadə edildi. Amerika Birləşmiş Ştatları tarixin ən böyük kiber hücumu ilə qarşı-qarşıya qaldı. 21 Oktyabr Cümə günü başlayan hücum Rus və Çinli hakerlər tərəfindən ABŞ hədəf alınaraq 14 milyondan çox IP üzərindən reallaşdırıldı. DDoS yəni Distributed Denial of Service olaraq adlandırılan bu hücum növü internet sistemlərinin qarşısını almaq üçün edilir. DDOS-un qarşısı alına bilmir . FBI və Pentaqon bu hücumların qarşısını almaq üçün dünən erkən saatlardan bu yana bütün işlərinə davam edir. Ancaq hələ ki bir irəliləmə olmadığı bildirilir. Yəni ABŞ-da bütün cəhdlərə baxmayaraq hücumun qarşısı alına bilmir və dünyanın yeni döyüş silahı olaraq xarakterizə etdiyi bu hücumların Amerikaya xərci müəyyən olmağa başladı.


Hücumun ABŞ-a zərəri 7 MİLYARD DOLLARDIR Başda ABŞ olmaqla onlarla ölkənin zərər çəkdiyi DDoS hücumları səbəbiylə yalnız ictimai media saytları deyil DynDNS kimi dünyanın ən böyük DNS xidmət təminatçısı ilə yanaşı mesajlaşma tətbiqi WhatsApp, rəqəmsal oyun platforması Origin və Steam də bu hücumların hədəfi oldu. Bunlardan başqa Amerika hökumətinə aid təşkilat və qurumların saytlarının də çökdüyü bildirilir. Texnologiya dünyasında yayılan söz-söhbət və paylaşımlara görə DDoS hücumu Amerikaya baha başa gəldi. Ölkənin yüzdə 78-dən çoxunun internetsiz qaldığı və maddi zərərin 7 milyard dollar olduğu ifadə edilir. Hücumları edən xakerlər qlobal şəbəkə əsaslı anlıq kiber hücum ölçü xidməti NorseCrop-u da hədəf aldı. Bütün dünyadakı kiber hücumları real vaxtla interaktiv bir xəritə üzərindən göstərən xidmət bu an ölçü edə bilmədiyi üçün də ciddi problemlər yaşanır. ABŞ-dakı mənbələrdən alınan məlumata görə hücum Rusiya və Çin üzərindəki 14 milyondan çox IP ünvanından Amerika Birləşmiş Ştatları hədəf alınaraq edilir. Bu rəqəmlər ABŞ tarixindəki ən böyük və ən güclü kiber hücumun göstəricisidir . Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .