İnstagram-a yeni özəllik gəldi!

İnstagram iOS və Android platformasındakı tətbiqinə daha bir özəllik əlavə etdi.


Facebook-un Snapchat qarşısındakı ən böyük rəqibi "İnstagram Hekayələr"-ə bu gün daha bir yeni özəllik əlavə olunub. Artıq bu gündən etibarən canlı videolarınızın təkrarını "İnstagram Hekayələr"-də paylaşa biləcəksiniz. Bu özəlliyin köməyi ilə canlı yayımlarınızı izləyə bilməyən dostlarınız sonrakı 1 gün ərzində hekayənizdə paylaşdığınız təkrarı izləyə biləcək.

Canlı yayımınız başa çatdıqda ekranın alt hissəsində "Paylaş"-a toxunaraq canlı yayım təkrarınızı 24 saatlıq "İnstagram Hekayələr"-ə əlavə edə bilərsiniz.

İnstagram-a yeni özəllik gəldi!

İnstagram-da izlədiyiniz bir şəxs canlı yayım təkrarı paylaşdıqda hekayələr bölməsində həmin şəxsin profil şəklinin altıda bir izlə düyməsini görəcəksiniz. Videonu izləmək və həmin canlı yayım ərzində yazılan rəyləri görmək üçün bu düyməyə toxunmağınız kifayətdir.

App StoreGoogle Play Store-dan İnstagram-ın 10.26 versiyasını yükləyərək bu yeni özəlliyi istifadə edə bilərsiniz.