İkili GPU-a (prosessora ) sahib olan ekran kartları yenidən istehsal edilə bilər.

Ekran kartından  istifadə edən bəzi şəxslər üçün bir ekran kartı bəs etmirdi. Ona görə də SLI Crossfire texnologiyaların istifadə edərək bir neçə ekran kartından istifadə etmək olurdu. Hal-hazırda bu texnologiyalara olan dəstək azalıb. Bəzi istifadəçilər amma SLI Crossfire-dən istifadə edirlər.

SLI

Crossfire

Bir vaxtlar iki ekran kartını tək bir ekran kartı atlında birləşdirən modellər bazar çıxarılmışdı. Yəni ikili GPU-ya sahib olan və uzun gövdəyə malik ekan kartları satışa çıxarılmışdı. Bu ekran kartları çox güclü enerji istehlakına malik idi və iki ekran kartını bir Pcle slotunda toplayırdı. AMD, Nvidia isə uzun müddətdir ki belə modellər istehsal etmir.

Çip istehsal edən TSMC ikili GPU-lar üçün yeni bir istehsal modeli təqdim edib. Beləki şirkət yeni istehsal modelində silikon GPU-ları üst-üstə səmərəli şəkildə yerləşdirə biləcəyini deyib. Necə ki HBM2 yaddaşlarında bu istehsal modelinə oxşar modeldən istifadə edilir. Bu istehsal modeli 2 və daha artıq GPU-u birləşdirə bilər.

İstehsal modelində üst-üstə yerləşdirilmiş GPU-lar arasında 10 mikronluq dəliklər açılır. GPU-lar arasında məsafə az olduğundan, gecikmənin çox az olacığı qeyd edilib. Bu istehsal modeli istifadə edilən ekran kartlarının istehsalı və ya nə vaxt satışa çıxarılacağı dəqiq bilinmir.