İki kameralı Sony Xperia XZ Pro təqdim olunacaq

Sony Xperia XZ Pro yaxında təqdim olunacaq

Sony Xperia XZ Pro dəyişməyə başlayır!
Son günlərdə təşkil edilən CES 2018-də Xperia XA2, XA2 Ultra və Xperia L2 modellərini təqdim edən Sony, əsas modelini MWC 2018-ə saxlayıb.

Uzun müddət dəyişməz dizaynı ilə tənqid mərkəzində olan Sony 2018-ci ildə köklü dəyişikliklər edəcək. 18: 9 ekran, 5.7 inç, OLED 4K ekranından istifadə edəcək Sony-də artıq köhnə qalın çərçivələr olmayacaq. 

Bundan əlavə, modeldə Snapdragon 845 prosessoru ilə 6 GB RAM və 128 GB daxili yaddaş qabiliyyəti olacaq. Əlbəttə, Sony-nin klassik suya və toza davamlılığı IP68 sertifikatı ilə davam edəcək.

Sony Xperia XZ Pro, 12 megapikselli və 18 megapikselli 1,33 μm və 1,38 μm ölçüsü olan 2 kameraya sahib olacaq. Ön tərəfdə isə 13 megapiksellik kamera olacaq.

Android 8.0 Oreo əməliyyat sistemi və 3420 mAh batareya gücü olacaq. Qiymət isə o qədərdə ucuz deyil. Modelin təxminən 930 dollar dəyərində bir qiymətə sahib olacağı iddia edilir.