iPhone-larda istənilən mahnını necə ödənişsiz zəng səsi etmək olar?

Bu xəbərdə sizlərə iPhone-larda istədiyiniz mahnını necə ödənişsiz zəng səsi edə biləcəyinizi göstərəcəyik.

Əksər hallarda iPhone istifadəçiləri iOS əməliyyat sisteminin Android əməliyyat sistemi qədər "açıq" olmadığından şikayətlənirlər. Demək olar ki, günlük bir çox hadisədə özünü göstərən bu 2 əməliyyat sistemi arasındakı fərq bəzi hallarda əsəb mənbəyinə də çevrilə bilir. Bu hallardan biri də elə iPhone-ların zəng səsinin ödənişsiz dəyişdirilə bilməməsidir.

"Texnologiya.az" komandası olaraq bugün sizlərə bu problemin həll yollarından birini göstərəcəyik. Bu proses isə kompyuterlə əlaqə qurmadan sadəcə 2 tətbiqin köməyi ilə reallaşacaq. Sözügedən tətbiqlər ilə aşağıda tanış olub, verilən keçidlərdən smartfonunuza yükləyə bilərsiniz.

1-ci tətbiq: Documents -  Yüklə!

2-ci tətbiq: GarageBand Yüklə!

Lazım olan tətbiqləri yüklədikdən sonra aşağıdakı videonu izləyərək iPhone-unuzun zəng səsini asanlıqla dəyişə bilərsiniz.