iPhone-larda Whatsapp xətasını necə düzəltmək olar?Ətraflı xəbərimizdə oxuyun

iPhone-larda meydana gələn bir səhv nəticəsində Apple-in bəzi telefonları köhnə iOS versiyalarına qayıtdı. Sözügedən səhv nəticəsində bu cihazlarda  WhatsApp da daxil olmaqla bir çox proqramlarda xəta baş verdi. Bu səhv ilə qarşılaşmamaq üçün diqqət yetirməniz lazım olanlar:

İlk öncə iPhone-unuzun "Tənzimləmələr" bölməsinə daxil olun. Sonra 'Ümumi'  və daha sonra   'Proqram yeniləməsi' bölməsinə keçin. Əgər İOS versiyası 11 və ya daha yuxarıdırsa bu problemlə qarşılaşmayacaqsınız .

Ancaq bəzi modellərdə bir səhv səbəbiylə versiya iOS 6-ya qayıtmışdır. Sizin telefonunuz da eyni vəziyyətdədirsə səhvi aradan qaldırmaq üçün yenidən yeniləmə edin.