iPhone cihazlarınızın yaddaşını 256 GB daha artıra biləcəksiniz!

Western Digital şirkəti "iOS mobil flash yaddaş" ailəsinin tutumunu 256 GB SanDisk IXpand TM Flash Drive256 GB SanDisk Connect Wireless Stick ilə daha da genişləndirdi. Yeni super tutumlu SanDisk modelləri iPhone və iPad-lər üçün əlavə yaddaş təqdim edərək istifadəçilərin daha çox video, şəkil və mahnını iPhone və iPad-lərinə yükləmələrinə kömək olur.

SanDisk IXpand Flash Drive mobil yaddaş cihazı olub, insanların öz cihazlarında əlavə yer açmalarına yardımçı olur. Lightning və USB 3.0 bağlantılarının köməyi ilə istifadəçilər şəkil və videolarını iPhone, iPad, Mac, PC arasında sürətlə və asanlıqla transfer edə bilir. Bu məhsulda istifadə edilən IXpand Drive tətbiqi özü ilə iPhone və iPad-lər üçün yeni özəlliklər və təkmilləşmiş istifadəçi təcrübəsi gətirir.




iPhone və iPad-lər üçün hazırlanmış SanDisk Connect tətbiqi şifrə ilə qorunan wi-fi vasitəsi ilə flash yaddaşda olan obyektlərinizi asan bir şəkildə idarə etməyinizi təmin edir. Tətbiq həm də AirPlay vasitəsi ilə Apple TV kimi daha böyük ekranlarda obyektlərinizin yayımlanmağını dəstəkləyir. 4 ulduzlu SanDisk Connect tətbiqini App Store-dan yükləyə bilərsiniz.

256 GB SanDisk IXpand Flash DriveSanDisk Connect Wireless Stick modellərinin satış qiymətləri 279,99 dollar olacaqdır.