iPhone 8 pərakəndə satış qutusunda görüntüləndi

Təqdimatı yaxınlaşan iPhone 8-in yeni görüntüləri yayılıb.
Apple-ın böyük səs gətirməsi gözlənilən smartfonu iPhone 8 haqqında məlumatlar yayılmağa davam edir. Yaydığı məlumatlar ilə məşhurlaşan Benjamin Geskin Twitter hesabında iPhone 8-in prototipini göstərən görüntü yayımlayıb, ancaq bu görüntünün iPhone 8-ə aid olmadığı iddia olunur.

iPhone 8 pərakəndə satış qutusunda görüntüləndi

Qəribədir ki, qutu içərisindəki iPhone modeli iPhone 7-yə bənzəyən ekran qoruyucusu ilə "maskalanıb". Lakin ekran qoruyucusunu çıxardıqdan sonra iddia edilən iPhone 8 dizaynı qarşımıza çıxır. Ancaq bu görüntülərdən şübhələnmək üçün bir neçə səbəb var. Səbəblərdən ən əsaslısı bu dizaynın bu günə qədər yayılan görüntülərdəkindən fərqli olmasıdır.

Bu paylaşımdan sonra məlumat yaymaq ilə məşhurlaşan digər bir şəxs @OnLeaks bu görüntülərdəki smartfonun iPhone 8-in prototipi olmadığını və bunun iPhone 8 klonu olduğunu iddia edən bir tweet paylaşıb.

@OnLeaks paylaşdığı tweet-də "bu görüntülər yəqin ki, çinli bir iPhone 8 klonununa aiddir" deyib.

Aşağıda yayılan görüntüləri incələyə bilərsiniz.

iPhone 8 pərakəndə satış qutusunda görüntüləndi

iPhone 8 pərakəndə satış qutusunda görüntüləndi

iPhone 8 pərakəndə satış qutusunda görüntüləndi