iPhone 8-in dizaynı iPhone 3G-yəmi bənzəyəcək?

Maraqla gözlənilən iPhone 8-in dizaynı haqqında şok iddia gəlib!
Apple sentyabr ayında təşkil edəcəyi tədbirdə iPhone 7s və iPhone 7s Plus modellərinin yanında iPhone 8 və ya iPhone Edition adlandırılacaq xüsusi bir iPhone modeli nümayiş etdirəcək.

Bu il ilk iPhone-un təqdimatından 10 il ötür. Apple bu münasibətlə xüsusi iPhone modeli çıxaracağını demişdi. Bu günə qədər sizlərə xüsusi iPhone modeli haqqında bir neçə xəbər təqdim etmişik. Bu günki xəbər isə xüsusi iPhone-un dizaynı haqqındadır.

Deyilənlərə görə iPhone 8-in dizaynı iPhone 3G/3G S kimi olacaq. Bu eyni korpus üzərinə yeni texniki özəlliklər qoyulacaq demək deyil təbii ki. Ona görə də iPhone 8 və iPhone 3G-nin dizayn xəttlərinin bənzəyəcəyini demək daha doğru olar. Qeyd edək ki, deyilənlərə görə iPhone 8 oval xəttlərə sahib olacaq və onu əldə tutmaq çox rahat olacaqdır. Əlbəttə ki, bunların hər biri iddiadır və hələki dizayn barədə Apple-ın rəsmi açıqlaması yoxdur.

Əlaqəli xəbərlər:

Məşhur araşdırma saytlarından inanılmaz iddialar: iPhone 8-də olacağı deyilən iki yenilik yalandır!

Hər kəsin gözlədiyi iPhone 8! (Foto+Video)