iPhone 8-in arxa panelinin götüntüləri yayıldı

Apple iPhone 8 haqqında xəbərlər yayılmağa davam edir.
Bu gün Apple-ın sentyabrda satışa çıxaracağı iPhone 8 smartfonunun arxa paneli olduğu iddia edilən bir görüntü yayılıb. Deyilənlərə görə iPhone 8 ötən il satışa çıxan iPhone 7 Plus kimi 2 kamera ilə gələcək, ancaq yeni modeldə kameralar üfüqi deyi, şaquli yerləşdiriləcək.

iPhone 8-də arxa panelin şüşə, ümumi gövdənin isə paslanmayan poladdan hazırlanacağı da yayılan iddialar arasındadır. Bu il təqdimatı olacaq iPhone modellərinin Apple A11 prosessor və daha böyük RAM-la gəlməsi xəbərləri isə artıq öz təsdiqini tapıb.

iPhone 8-in arxa panelinin götüntüləri yayıldı