iPhone 7 ilə yatdı , qolu yandı !

Artıq tez-tez yaşanan iPhone 7 hadisələrinə daha bir yenisi əlavə olundu. Hamilə qadın iPhone 7-nin meydana gətirdiyi ziyan səbəbiylə xəstəxanalıq oldu. Gənc qadının qolunda 2-ci dərəcəli yanıq təsbit edildi. Əgər yatağa uzandığınız zaman ağıllı telefonunuzla məşğul olmağı sevirsinizsə bu adətdən kənar qalmağınız daha faydalıdır . Avstraliyalı Melanie Tan Pelaez də bu şəkildə video izləməyi sevənlərdəndir . Cihazı sarja taxıb yuxuya gedən qadın səhər oyandığı zaman dəhşətli bir hadisə ilə qarşılaşdı . Yatdığı zaman qoluna düşən iPhone 7 bu bölgənin faciəvi bir şəkildə yanmasına səbəb olmuşdu.   Xəstəxanada edilən diaqnozda bu yanığın səbəbinin iPhone 7 və şarj cihazı olduğu təsdiqləndi. Cihazı yaşadığı bölgədəki bir Apple Store-dan alan Melanie bu ziyan səbəbiylə estetik əməliyyat olmaq məcburiyyətindədir. Araşdırmada olan mütəxəssislər isə istifadəçiləri telefonla yatmamağa səsləyirlər . Adapter hər hansı bir şəkildə hava ilə əlaqəsinin kəsildiyi halda (məsələn yastığın altında qaldığı zaman) inanılmaz istiliklərə çata bilir.