iPhone 7, 6s və 5s-i donduran səhv !

Son dövrlərdə iPhone-larda rast gəlinən səhvlərin sayı artmağa başlayıb . Partlayan iPhone 7 problemindən sonra Apple dəstək forumlarında müzakirə edilən yeni bir mövzu var. İstehlakçıların dediyinə görə iPhone-lar donur . Buna görə zəng edə bilmirlər, zəng qəbul edə bilmirlər və telefonla əlaqədar digər funksiyalardan istifadə edə bilmirlər . Bu problem yalnız tək bir modelə xas deyil. iPhone 5s, iPhone 6s və iPhone 7-də rast gəlinib. Bir çox istifadəçidə rast gəlinən bu problem iOS 10.1.1 yeniləməsindən sonra yaranmağa başlayıb. Bəzi istifadəçilər isə problemin iOS 10 yeniləməsindən sonra başladığını deyirlər . iOS-u yenidən yükləmək problemi həll etmir. Apple bu mövzunu hələ qəbul etməyib . Hal-hazırda beta versiya olan iOS 10.2 ilə probleminin həll edilməsi gözlənilir.