iPhone 6 32 GB artıq satışa çıxıb!

Bir neçə gün öncə sizlərə iPhone 6-nın yenidən satışa çıxacağını bildirmişdik. Keçən həftə Tayvan Mobile iPhone 6-nın 32 GB versiyasını satışa çıxaracağını açıqlamışdı. Orginal Apple iPhone 6 16GB / 64GB / 128GB daxili yaddaş ilə bazara çıxmışdı. Apple 32GB yaddaşa sahib bir model təqdim edərək bu seriyadakı boşluğu doldurmaq fikrindədir. Lakin buraxılan cihazlar məhdud saydadır və cihaz Apple Store-dan birbaşa satışa çıxarılmadı.

Tayvan Mobile şirkəti iPhone 6-nı yalnız qızılı rəngdə və 435 dollara satışa çıxarıb. Telefon önümüzdəki həftə ilk olaraq Belarusiyada, sonra isə bütün Avropada satışa çıxarılacaq. Tayvanda satılan versiyadan fərqli olaraq Minskdə satışa çıxarılacaq iPhone 6 522 dollara və yalnız Boz (Grey) rəngi ilə satışa çıxarılacaq.