iOS və Android üçün internetsiz xəritə tətbiqi

Tətbiqi xəbərdəki keçidlərdən yükləyə bilərsiniz.
Çoxumuz mobil telefonumuzda xəritə tətbiqlərindən istifadə edirik. Bəzən bu tətbiqlərə ehtiyac duyduqda internetimizin olmaması və ya xəritə tətbiqlərinin həddindən çox internet istifadə etməsi onlardan istifadəni əlverişsiz edir. Bu gün sizə təqdim edəcəyimiz tətbiq isə sadəcə ilkin yükləmə tələb edən və sonrasında tamamən internetsiz işləyən bir xəritə tətbiqidir.

Adı Maps.me olan bu tətbiq yanlız xəritə deyil, həm də navigator imkanına sahibdir. Tətbiqi navigator kimi işlətdikdə sizin harada olduğunuzu təyin etmək üçün internet bağlantısına ehtiyac yaranır. Navigatorun səsləndirilməsi isə içində türk dilinin də olduğu 26 dildədir.


Bu tətbiqi Android ƏS üçün Google Play-dən, İOS üçün isə App Store-dan pulsuz yükləyə bilərsiniz.

Maps.me App Store-da

Maps.me Google Play-də