iOS 12 ilə telefonda keçirilən zamanın idarə edilməsi asanlaşır

Yeni iOS-da bildirişlər və keçirilən zamanın idarəsi daha rahat olacaq

ABŞ-ın texnologiya nəhəngi Apple “iPhone-un gələcəyi" olaraq təqdim edilən 12-ci versiya iOS-u tanıdıb. 

Ayın sonuna qədər iOS 12 public beta versiyası çərçivəsində istifadəyə veriləcək yeni xüsusiyyətlər arasında Fəaliyyət hesabatları, Tətbiq limitləri, Narahat etməmək, Bildiriş nəzarəti kimi yeniliklər mövcuddur. Bu nəzarətin yaradılmasındakı məqsəd müştərilərin həm özləri, həm də ailələri ilə keçirdiyi zamanı idarə etməklərini asanlaşdırmaqdır.

Apple-ın Proqram Mühəndisliyi üzrə vitse-prezidenti Craig Federighi bunları dedi:

iOS 12 ilə müştərilərimizin tətbiq və veb saytlarda keçirdikləri zamanı, gün ərzində iPhone-larını və ya iPad-larını neçə dəfə əllərinə aldıqlarını və ya necə bildiriş aldıqlarını daha yaxşı anlayıb bunu idarə etməklərinə kömək edəcək detallı məlumat və vasitələr təqdim edirik.

İlk dəfə 2008-ci ildə iPhone-a valideyn nəzarətini əlavə etdik. Komandamız illərdir valideynlərin uşaqların telefonlardakı fəaliyyətini idarə etməyinə kömək edəcək işlər görərək bir çox yeni xüsusiyyəti istifadəyə verib. Screen Time ilə bu yeni alətlərin hamısı cihazlarda keçirilən zamanı idarə etmək və özləri üçün vacib olan bir çox şeyi qaydasına salmaq məsələsində köməyə ehtiyacı olan istifadəçilərin gücünə güc qatır.

iOS 12 Narahat Etmə rejimində edilən düzəlişlərlə bu güclü zaman idarəsi alətini daha yaxşı hala gətirir; istifadəçilərin dərs oxuyarkən, dərsdə, iclasda və ya axşam yeməyi yeyərkən diqqətlərinin dağılmamasına kömək edir.

BİLDİRİŞLƏR

iOS 12 diqqət pozuntusunu azaltmağa kömək olmaq üçün müştərilərə bildirişləri əldə etmə üsuluna nəzarət etmək üçün daha çox seçim tanıyır. Bildirişləri tamamilə almamaq və ya onları sonradan baxmaq üçün Bildiriş Mərkəzinə göndərə bilərsiniz.

 

SCREEN TİME

Tətbiq və veb saytlarda necə vaxt keçirdiklərilə bağlı məlumat verən Screen Time xüsusiyyəti şəxslərin istifadə etdikləri hər tətbiqdə keçirdiyi ümumi zamanı, kateqoriyalara görə tətbiqlərin istifadə sıxlıqlarını, neçə ədəd bildiriş aldıqlarını və iPhone və ya iPad-lərini nə qədər sıxlıqla əllərinə aldıqlarını göstərən, detallı günlük və həftəlik Fəaliyyət Hesabatları yaradır.

APP LIMITS

App Limits xüsusiyyəti istifadəçilərin müəyyən bir tətbiqdə keçirə biləcəkləri bir zaman müəyyənləşdirmələrinə imkan yaradacaq və bu zamanı aşmağa yaxınlaşanda bir bildiriş göndərəcək

İyunun 4-ü ödənişli Apple Developerləri üçün beta versiyası yayımlanan iOS 12-nin yayım tarixi bu şəkildədir:

26 İyun - ictimai beta versiyası (iOS 11 public beta əsasında)

Sentyabr – son versiya iOS 12 iPhone 5s və daha yeni iPhone modelləri, bütün iPad Air, iPad Pro modelləri, iPad 6. nəsil, iPad 5. nəsil, iPad mini 2 və daha yeni iPad modelləri, iPod touch 6. nəsil üçün ödənişsiz proqram yenilməsi kimi yüklənilə biləcək.

Daha çox məlumat üçün https://www.apple.com/ios/ios-12-preview adresinə baş çəkin.