YouTube-un Android tətbiqi yeniləndi!

YouTube yenilikləri ilə rəqiblərindən geri qalmaq istəmir

Dövrümüzdə istifadə etdiyimiz mobil tətbiqlərin çox tez-tez yeniləmə aldığının şahidi oluruq. Rəqiblərindən geri qalmaq istəməyən mobil tətbiq sahibləri tez-tez yeniləmə edərək tətbiqlərini inkişaf etdirməyə çalışırlar.

İstər iOS, istərsə də Android istifadəçiləri demək olar ki, hər gün proqramların yenilənmə bildirişi ilə qarşılaşırlar. Bu yeniləmələr çox vaxt bəyənilsə də, bəzi vaxtlarda istifadəçilərin mənfi rəyi ilə qarşılaşır. Ancaq vəziyyət hər necə olsa da yeniləmələrin əsas məqsədi  mobil tətbiqlərin müasir görünüş alması və daha təhlükəsiz olması istiqamətindədir.

YouTube-un Android tətbiqinə gələn yeni bir yeniləmə proqramın daha modern görünüş almasına şərait yaradıb. Gün ərzində müxtəlif səbəblərdən dolayı dəfələrlə istifadə etdiyimiz bu tətbiq, çərçivəsiz dizayn modelinə keçid edib. İlk olaraq 9to5Google tərəfindən müəyyən edilən yeni dizayn, hal-hazırda Android Oreo ilə işləyən cihazlarda mövcuddur. Android Nougat ilə işləyən cihazlarda hələ ki, görünməyən bu yeniləmənin gələcək aqibəti isə qeyri-müəyyənliyini qoruyub saxlayır.