YouTube-dan 4K canlı yayım dəstəyi!



YouTube canlı yayıma əhəmiyyətli bir dəstək gətirərək rəqibi Twitch-i çətin vəziyyətdə buraxdı! YouTube 4K ekranları rəngləndirməyin yeni yollarını axtarır. Məhşur video paylaşma xidməti bu gündən etibarən standart və 360 dərəcəlik videoları canlı olaraq 4K keyfiyyətində izləmək üçün yeni xidmətini təqdim edir.   Canlı yayımların 4K ölçüsünü dəstəkləməsi YouTube üçün bu sahədə əhəmiyyətli bir dəyişiklik olacaq. Xidmətin bu sahədəki əsas rəqibi Twitch-in youtube-un bu sahədəki yeniliyindən sonra öz əvvəlki əhəmiyyətini yetərincə qoruya bilməyəcəyi gözlənilir. Buna görə YouTube-un 4K keyfiyyətinin Amazonun sahibi olan Twitch-ə atılmış təsirli bir yumruq olduğu istisna deyil. Düşünürük ki,google da bu texniki dəyişikliklə Twitch istifadəçilərini öz üzərinə çəkməyi bacaracaq.