YouTube-da məşhur olmaq üçün dostunu canlı yayımda öldürdü

Bir YouTuber məşhur olmaq üçün canlı yayımda dostunu öldürüb. Bu da hadisənin təfərrüatları.
İnsanlar arasında sosial mediada "fenomen" olmaq istəyi sürətlə yayılır. Xüsusi bacarıq, nəaliyyətlər və s. bu kimi xüsusiyyətlər ilə fenomenə çevrilənlər olduğu kimi, məşhurluğu "asan" yolla qazanmaq istəyənlər də var. Bu gün YouTube-da fenomen olmaq istəyi ilə "yanıb-alışan" Monalisa Perez çox dəhşətli bir hadisə ilə gündəmə gəlib.

Monalisa Perez YouTube-da başlatdığı bir canlı yayımda Pedro Ruizi vurub. Canlı yayıma baxış sayını artırmaq üçün belə bir addım atan Monalisa Perez YouTube tarixinin ən təhlükəli işinə imza atıb. Ölümlə sonlanan Monalisa Perezin canlı yayımını isə sadəcə 30 nəfər və 3 yaşlı uşağı izləyib.

YouTube-da məşhur olmaq üçün dostunu canlı yayımda öldürdü

Monalisa Perez dostu Ruizin sinəsinin üstünə bir kitab tutub və mərminin bu kitabdan keçib-keçmədiyini test etmək üçün 50 kalibrlik Desert Eagle ilə atəş açıb. "Beyin dağıdan silah" kimi tanınan Desert Eagle təbii olaraq kitabı dəlib keçib və güllə yarası alan Ruiz yerindəcə keçinib.

Bölgə həbsxanasına yerləşdirilən Monalisa Perez önümüzdəki həftə hakim önünə çıxarılacaq. Cütlüyün bu ilin əvvəllərində fenomen olmaq üçün YouTube kanalı açdığı bildirilir.