YouTube-da ən çox izlənilən video artıq Gangnam Style deyil!

2012-ci ildən bəri liderliyini qoruyub saxlayan PSY-ın Gangnam Style klipi 2-ci sıraya düşüb.
Yayımlandığı dövrdə fenomen olan və qısa bir müddətdə iTunes-da 30-dan çox ölkədə 1-ciliyə yüksələn PSY-ın Gangnam Style adlı mahnısının klipi YouTube-da ən çox izlənən video idi. Bu gün isə bu video 2-ci sıraya geriləyib. PSY-ın taxtına oturan Wiz Khalifa-nın See You Again adlı mahnısı hal-hazırda YouTube-da ən çox izlənilən videodur.

See You Again YouTube-da 6 aprel 2015-ci il tarixində yayımlanıb. Yayımlanmasından 6 ay sonra 1 milyarddan, ötən ilin sentyabr ayında isə 2 milyarddan çox baxış sayına çatan video Wiz Khalifa-ya təxminən 2,9 milyon dollar qazandırıb. Spotify-da 665 milyon dəfə dinlənilən mahnının bu platformadan ifaçıya 3 milyon dollara yaxın gəlir gətirdiyi deyilir.

See You Again-in 1-ciliyə yüksəldiyi ən çox izlənilən 10 videonun siyahısı aşağıdakı kimidir:

1. Wiz Khalifa - See You Again (ft Charlie Puth) - 2.896.028.922
2. Psy - Gangnam Style - 2.894.634.553
3. Justin Bieber - Sorry - 2.635.920.722
4. Mark Ronson - Uptown Funk (ft Bruno Mars) - 2.550.810.497
5. Luis Fonsi - Despacito (ft Daddy Yankee) - 2.485.511.172
6. Taylor Swift - Shake It Off - 2.249.028.218
7. Enrique Iglesias - Bailando - 2.233.022.665
8. Maroon 5 - Sugar - 2.150.774.653
9. Katy Perry - Roar - 2.129.790.137
10.Taylor Swift - Blank Space - 2.101.750.615

Wiz Khalifa-nın YouTube-da ən çox izlənilən video olan See You Again klipini aşağıdan izləyə bilərsiniz.