YouTube canlı yayımı telefonunuza gətirir !

YouTube PC istifadəçilərinin uzun müddətdir istifadə etdiyi xüsusiyyəti nəhayət ağıllı telefonlara gətirməyə qərar verdi ! Periscope və Facebook Live-dan geri qalmaq istəməyən YouTube öz canlı yayın funksiyasını telefonlara gətirir. YouTube-da canlı yayın funksiyası 2011-ci ildən indiyə qədər mövcuddur, yəni yeni bir funksiya deyil. Ancaq, YouTube bu yeniliyi ilə ilk dəfə birbaşa olaraq telefondan canlı video yayım etməyə imkan verəcək. Beləcə hər kəs YouTube-dan istədiyi an canlı yayıma başlaya biləcək. YouTube digər videolarda olduğu kimi canlı yayımlar üçün də axtarış etməyin mümkün olacağını bildirdi. Bu yeniliyin YouTube-un ödənişli xidməti olan YouTube Red-in ilk geniş büdcəli şousunun lisenziyasını almasıyla eyni dövrə rast gəldiyini görürük. Belə görünür ki, Google YouTube-un hər hansı bir sahədə rəqabətdən geri qalmasını istəmir. Ancaq, YouTube-un canlı yayım sahəsində rəqibləriylə rəqabət edib-edə bilməyəcəyini zaman göstərəcək. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .