Yepyeni texnologiya ilə Shure KSE1500 !

Bu qulaqcıq vasitəsilə ən yeni texnologiyanın həzzini yaşayacaqsınız.

Shure KSE1500 başqa heç bir qulaqcıqda olmayan texnologiya ilə gəlir. Bəs dünyada ilk real elektrostatik qulaqcıq bizə nə vəd edir?

Shure KSE1500 elektrostatik qulaqcığın əsas xüsusiyyətləri nələrdir?

Dinamik və maqnetik qulaqcıqlardan fəqli olaraq Shure KSE1500 iki stator arasında dayanan ultra yüngül diaframadan istifadə edir. Bu statorlar həmçinin rəqəmsal çeviriciyə malik xüsusi kompakt gücləndirici ilə təchiz edilmiş 200 volt ilə doldurulur. 

Konvertorda 3.5 mm giriş və micro-USB portları var və bunun sayəsində Shure KSE1500 PC, Android, iOS və Mac cihazları ilə bağlantı qura bilir. Cihazın üzərindəki ekranda isə səs gücü və batareya səviyyəsi göstərilir. Həmçinin, cihazda quraşdırmış Lithium ion batareyası sizə 10 saat dayanmadan qulaqcıqdan istifadə etməyə imkan verir. Qulaqcıq kabelinin həm güclü, həm də dəri olması isə müştəriləri daha da cəlb edir.